Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb. Milli.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bununla bağlı "X" sosial media hesabında yazıb. Paylaşımda qeyd edilir: "NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə məhsuldar görüşüm oldu. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Xüsusilə, Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsində əldə edilən irəliləyişi qeyd etdik. Həmçinin, Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq". Milli.Az

Şərh verin