7 yaşlı uşağı “Qazel” vurdu
Göygöldə azyaşlını maşın vurub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb. İlkin məlumata görə, “Qazel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K. Abbasovu vurub. Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin