Dünya çempionatında Niderland 3:1 hesabı ilə qalib gəlib

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib. Milli.Az xəbər verir ki, Kanzas stadionunda F qrupunun III turunda Niderland və Tunis milliləri üz-üzə gəlib. Görüşdə avropalılar 3:1 hesabı ilə qələbə qazanıblar. Qrup mərhələsini lider kimi başa vuran Niderland yığması növbəti mərhələdə C qrupunun ikincisi Mərakeş millisi ilə qarşılaşacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)