Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik edib - (Foto)

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbayan Silahlı Qüvvələrini təbrik edib. Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibətilə təbrik edirik! Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı naminə gecə-gündüz yorulmadan xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik!" Müəllif: Malik Məlikov (Milli.Az redaktor)