Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum qeydə alınıb. Həmçinin bildirilib ki, ötən il ərzində cəzaçəkmə müəssisələrində ümumilikdə 113 nikah qeydə alınıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin