Fransa Norveçi darmadağın etdi

Futbol üzrə dünya çempionatında Fransa Norveçi məğlub edib. Milli.Az-ın məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar 4:1 hesablı qələbəyə seviniblər. Qalib gələn komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)