Kabo-Verde tarix yazdı, Səudiyyə Ərəbistanı mundialla vidalaşdı

Futbol üzrə dünya çempionatının H qrupunda III turun oyunları çərçivəsində Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Milli.Az xəbər verir ki, Hyustonda keçirilən görüşdə qalib müəyyənləşməyib - 0:0. Bu nəticə ilə Kabo-Verde yığması qrup mərhələsini 3 xalla ikinci pillədə başa vuraraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda 1/8 finalda son dünya çempionu Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı isə H qrupunda 2 xal toplayaraq sonuncu yeri tutub və dünya çempionatı ilə erkən vidalaşıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)