Yenə Muslera, yenə səhv... — Video - Yenilənib
Dünya çempionatının qrup mərhələsinin 3-cü turunun oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, favoritlərdən İspaniya yığması bu gün Uruqvayla üz-üzə gələcək. Matç saat 04:00-da başlayacaq. DÇ-2026 Qrup mərhələsi 04:00. Uruqvay - İspaniya *** Matç başladı. *** İspaniya hesabı açır. Baena 42-ci dəqiqədə fərqlənir. Qol zamanı Uruqvayın məşhur qapıçısı Fernando Muslera səhvə yol verir. O, bundan öncəki matçlarda da səhvləri ilə yadda qalmışdı. Qarşılaşmanın gedişində Uruqvayın baş məşqçisi Byelsa Musleranı Roçetlə əvəzləyir. *** İlk hissə başa çatdı. *** İkinci hissə başladı. *** Matç ispanların 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Şərh verin