Yük maşınının qapısı sınıb yola düşdü — Video
Bakı-Sumqayıt yolunda təhlükəli hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, magistral yolun Biləcəri qəsəbəsindən keçən hissəsində “Coca-cola” reklamlı yük maşınının qapılarından biri qopub. Belə ki, hərəkətdə olan avtomobilin yük yerinin kənarındakı qapılardan biri çıxaraq yolun hərəkət hissəsinə düşüb. Xoşbəxtlikdən həmin detal digər nəqliyyat vasitələrinə çırpılmayıb. İyunun 25-i günorta saatlarında qeydə alınmış hadisənin görüntülərini təqdim edirik:

Şərh verin