Pakistanda zəlzələ oldu
Pakistanda 5,4 maqnitudalı zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Bildirilib ki, zəlzələnin episentri Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Şərh verin