“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi

"Qarabağ"dan ayrılan Leandro Andradeninyeni klubu müəyyənləşib. Milli.Az teleqraf -a istinadla xəbər verir ki, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, "Polissya" ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb. Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 213 oyunda meydana çıxaraq 60 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)