İçərişəhərdəki bu tədbir havaya görə təxirə salındı
İçərişəhərdə 27 iyun tarixində keçirilməsi planlaşdırılan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu məlumat yayıb. Bildirilib ki, hava şəraiti ilə əlaqədar tədbir təxirə salınıb. “Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq. Göstərdiyiniz anlayışa görə təşəkkür edirik və tezliklə görüşməyi səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib. Qeyd edək ki, tədbirin proqramında sərgi və yarmarka, milli rəqslər və dəfilələr, konsert proqramı və s. yer alıb.

Şərh verin