İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
Şabran rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb. Milli.Az xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyev itkin düşdükdən sonra aparılan axtarışlar nəticəsində onun meyiti kənddəki göldə tapılıb. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin