Cəlilabadda ev yandı
Cəlilabadda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Milli.Az xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində baş verib. Kənd sakini Eldəniz Bağırovaya məxsus fərdi yaşayış evi qəfil alovlanaraq tamamilə yanıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. Yanğının yaxın ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin