Kabo-Verdedən gözlənilməz nəticə — Növbəti mərhələyə çıxdılar

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunun oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Kabo-Verde gözlənilmədən qrupda ikinci yeri tutaraq pley-off-a vəsiqə qazanıb. Səudiyyə Ərəbistanı isə DÇ ilə vidalaşıb.