Pakistanda güclü zəlzələ oldu
Pakistanda 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat verilmir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin