Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb (Foto)
Şair Məmməd İsmayılın məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb. Milli.Az APA-ya istinadən bildirir ki, abidənin müəllifi heykəltaraş Namiq Hüseynovdur. Qeyd edək ki, Məmməd İsmayıl ötən il avqustun 19-u uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. O, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin