Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
Cənubi Koreya prezidenti Li Çje Myon millinin DÇ-2026 ilə erkən vidalaşmasından sonra yığma rəhbərliyini sərt tənqid edib. Milli.Az xəbər verir ki, dövlət başçısı "X" hesabında paylaşdığı açıqlamada uğursuzluğun əsas səbəbinin idarəçilik problemləri olduğunu bildirib: "Nəhayət, hər şeyin təməlində insan amilinin dayandığı bir daha sübut olundu. Qohumbazlıq və qruplaşmalar səriştədən üstün tutularsa, qeyri-peşəkar insanlar rəhbər vəzifələrə təyin edilir və uğursuzluq qaçılmaz olur. Vətəndaşlarımızda böyük məyusluq yaradan dünya çempionatındakı bu uğursuzluq təşkilati və idarəçilik səhvlərinin nəticəsidir". Qeyd edək ki, Cənubi Koreya millisi DÇ-2026-nın A qrupunda 3 xalla üçüncü yeri tutaraq mübarizəni dayandırıb. (qol.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin