Çində 5,2 bal gücündə zəlzələ baş verib

Çinin Siçuan vilayətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Sünçan şəhərindən 311 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)