DÇ-də atışma — Ölən və yaralanan var
ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün qurulmuş azarkeş zonasında atışma olub. “Qafqazinfo” xəbər verir ki, San-Xose şəhərindəki San-Pedro meydanında baş verən hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Polis hadisə barədə açıqlama verib: “Bir zərərçəkən hadisə yerində ölüb, ikinci zərərçəkən isə həyati təhlükə yaradan xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb”. Həmçinin hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Şərh verin