DÇ-də şübhəli oyun — Video
Dünya çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Əlcəzair – Avstriya matçı ilə bağlı “danışılmış oyun” şübhələri artmaqda davam edir. “Qafqazinfo” xəbər verir ki, qarşılaşma 3:3-lük bərabərliklə başa çatıb. Həmin matçın 28-ci dəqiqəsində Avstriya hesabı açır. Lakin birinci hissənin son dəqiqəsində afrikalılar bərabərlik qolunu vurur. Avstriya 55-ci dəqiqədə yenidən önə keçir. Cəmi 5 dəqiqə sonra Əlcəzair fərqlənərək hesabda tarazlıq yaradır. 90+3-cü dəqiqədə isə Afrika təmsilçisi önə keçir. Lakin bu zaman futbolçulara bildirilir ki, onlar ikinci pillənin sahibi olacağı halda İspaniya ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar. Nəticədə, Əlcəzair 90+6-cı dəqiqədə qol buraxaraq ən yaxşı üçüncülər arasına girir və İsveçrəyə rəqib olur. Bu matçın belə hesabla bitməsi böyük şübhələrə yol açır.

Şərh verin