Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti aşkarlanıb. Milli.Az Teleqraf -a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib. 2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb. Bildirilib ki, 14 yaşlı yeniyetmə dünəndən itkin düşmüşdü. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)