“Klassikdən müasirliyə” adlı konsert proqramı keçirilib - (Foto)

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə  "Klassikdən müasirliyə" adlı konsert proqramı keçirilib. Tədbirin aparıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Alyona İnyakina ifa olunan əsərlərin maraqlı yaranma tarixindən və onların bəstələndiyi dövrün xüsusiyyətlərindən söz açıb. Konsert proqramında  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Xor Kapellasının artisti Elyar Əliyev, BMA-nın baş müəllimi Nərminə Hacızadə, Nərgiz Məmmədova, həmçinin BMA-nın tələbələri - Əli Vəliyev (dosent Gülnarə Mirzəyevanın sinfi), Nəzrin Məmmədli, Zeynəbxanım Hüseynzadə, Mahmud Rəştiyev və Fatimə Məmmədova (baş müəllim Sevda Yolçuyevanın sinfi), Fatimə Axundova, Şamistan Əliyev və Amin Heydərov (baş müəllim Nərminə Hacızadənin sinfi) çıxış ediblər. Konsertdə müxtəlif tarixi dövrləri əhatə edən bəstəkarların - Lüdviq van Bethoven, Robert Şuman, Yohannes Brams, Kamil Sen-Sans, Sezar Küi, Nikolay Rimski-Korsakov, Jül Massenet, Fransis Pulenk, Sergey Prokofyev, Qara Qarayev, Jül Muke, Françesko Paolo Tosti, Vinçenso di Kyar və Vladimir Vavilovun solo, ansambl, kamera-vokal və kamera-instrumental əsərləri tamaşaçılara təqdim olunub. Tədbir tamaşaçıların böyük marağı və  gur alqışları ilə müşayiət olunub. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az