Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı — Foto

MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib. Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb. Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.