Bakı Musiqi Kollecinə direktor təyin olundu — Fotolar
Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyinat olub. “Qafqazinfo” xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq Əmrinə əsasən, Səbinə Mehdiyeva bu vəzifəyə gətirilib. O, 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb.

Şərh verin