5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 27-si saat 11 radələrində 2022-ci il təvəllüdlü Monera Səməd qızı Hümbətova yaşadığı C.Həsənov küçəsindəki 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki evin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.