42 yaşlı qadın Pirşağıda dənizdə batdı
Bakıda daha bir nəfər dənizdə batıb. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib. Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovanın meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şərh verin