Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar

Oman Hörmüz boğazından keçid üçün rüsumların tətbiqinə qarşıdır. “Qafqazinfo” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi “Monte Karlo” radiosuna müsahibəsində deyib. “Oman Sultanlığı gəmilərin Hörmüz boğazından tranzitinə rüsumların tətbiq edilməsini rədd edir, çünki bu, beynəlxalq hüquqla qadağandır”, - nazir bildirib.