Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1994-cü il təvəllüdü E. İslamov, 1995-ci il təvəllüdlü Ş. İslamova və da bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)