37 yaşlı Levandovskinin yeni klubu bəlli oldu

Polşa millisinin 37 yaşlı ulduz hücumçusu Robert Levandovski karyerasında yeni səhifə açıb. Milli.Az xəbər verir ki, təcrübəli forvard ABŞ təmsilçisi "Çikaqo Fayr" ilə rəsmi müqavilə imzalayıb. Klubun yaydığı məlumata görə, tərəflər arasında bağlanan anlaşma 2027/28 mövsümünün sonunadək qüvvədə olacaq. Leva yeni komandasında MLS-in müntəzəm çempionatının Şərq konfransında mübarizə aparacaq. Qeyd edək ki, təcrübəli hücumçu son dörd mövsümü "Barselona"nın heyətində keçirib. O, Kataloniya təmsilçisinin forması ilə həm daxili yarışlarda, həm də avrokuboklarda uğurlu çıxışı ilə yadda qalıb. ABŞ klubuna transfer futbol ictimaiyyətində maraqla qarşılanıb və Levandovskinin MLS-də necə çıxış edəcəyi artıq böyük maraq doğurur. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)