Zəhra Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu olub. “Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Zəhra finalda macarıstanlı Nora Pirbus-Qrofa tam üstünlüklə qalib gələrək İspaniyada keçirilən qitə birinciliyinin qızıl medalını qazanıb.