Pirşağıda dənizdə batan qadın müəllim imiş — Foto
Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. “Qafqazinfo” xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasova Kəlbəcər rayon 84 saylı orta məktəbin tarix müəllimi olub. Bildirilib ki, R.Abbasovanın şagirdləri ali məktəblərə yüksək balla qəbul olunub. “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin! Qeyd edək ki, ölüm faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin