"Brent" 72,56 dollara düşdü

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 0,81% azalaraq 1 barelə görə 72,56 ABŞ dolları təşkil edib. Milli.Az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,44% azalaraq 70,44 ABŞ dollarına bərabər olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)