Ronaldo: “Bütün valideynlərdən üzr istəyirəm”
Braziliya millisinin keçmiş hücumçusu Ronaldo Cənubi Koreya və Yaponiyada keçirilən 2002-ci il dünya çempionatındakı saç düzümü barədə danışıb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, həmin vaxt Ronaldo başını demək olar ki, keçəl qırxdıraraq yalnız ön hissədə kəkil saxlamışdı. "Əvvəlcə, bu fürsətdən istifadə edərək 2002-ci ildə saç kəsimimə görə bütün valideynlərdən üzr istəyirəm. O vaxt diz zədəm var idi və yalnız fiziki və zehni işi birləşdirən yeni məşq məni istədiyim yerə çatdıra bilərdi", - deyə "L'Equipe" Ronaldonun sözlərini sitat gətirib. Həmin dünya çempionatında Braziliya dünya çempionu olmuşdu.

Şərh verin