Göyçayda iki avtomobil toqquşub, biri kanala düşüb

Göyçayda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində baş verib. "VAZ-2106" markalı avtomobil "KİA" markalı nəqliyyat vasitəsi ilə toqquşub, daha sonra avtomobil su kanalına düşüb. Hazırda avtomobilin kanaldan çıxarılması istiqamətində tədbirlər görülür. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)