“Çukur”un aktyoru vəfat etdi

Türkiyəli aktyor Mustafa Başalan 52 yaşında vəfat edib. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyor ürəktutması nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Mustafa Başalan karyerası ərzində "Diriliş: Ertuğrul", "Çukur", "Börü", "Yasak Elma", "Könül Dağı", "Təşkilat", "Qızılcık Şərbəti", "Deha", "Bir gecə masalı", "Arka Sokaklar", "Sahipsizlər" və "Siyah qəlb" kimi məşhur serial və layihələrdə rol alıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)