Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq — Nazir
“Mərhələli şəkildə 20 min tamștatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin! Nazir növbəti mərhələlər barədə açıqlama verib: “Uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və maaşına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Uğursuz nəticəsi olanlar isə köməkçi müəllimlər olacaq, yaxud əmək müqaviləsinə xitam veriləcək”. Gülnar Əliyeva

Şərh verin