Avqustun 4-də nəqliyyat vasitələri hərraca çıxarılacaq
Avqustun 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı üzrə növbəti hərrac keçirəcək. Milli.Az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təşkil olunacaq. Hərraca ümumi dəyəri 280 min 470 manat olan 28 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. Bildirilib ki, sifarişlər hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul ediləcək. İştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla əvvəlcədən tanış olmaq imkanı da yaradılıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin