"Aysuna, Nəfəsə görə "Ağ Şəhər"dəki evimi sataram" - (Video)

Müğənni Vəfa Şərifova səsləndirdiyi səmimi açıqlama ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, yaxın münasibətdə olduğu Aysun İsmayılova, Nəfəs və İfrat onun üçün çox dəyərlidirlər. Vəfa açıqlamasında bu sözləri deyib: "Aysuna, Nəfəsə və İfrata görə Ağ Şəhərdəki evimi də sataram. Bunu edərəm. Onlar mənim üçün çox əzizdirlər". Müğənninin bu iddialı fikirləri sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilərin bir qismi onun dostluğa və yaxın münasibətlərə verdiyi dəyəri yüksək qiymətləndirərək açıqlamanı səmimi hesab edib. Digər istifadəçilər isə sənətçinin səsləndirdiyi fikirləri müzakirə edərək müxtəlif rəylər bildiriblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)