Azyaşlı 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır
Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü M.Mərciyeva yaşadığı Şərq küçəsi ev 332 mənzil 32-nin eyvanından yıxılıb. 5-ci mərtəbədən yıxılan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin