Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub. Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib. Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisə ilə bağlı iki nəfər həbs edilib./"Qafqazinfo" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin