Qarşısında baş əyməyi müzakirə yaratdı — Video

Fransa millisinin baş məşqçisi Didye Deşamın İsveçlə matçda Kilian Mbappeyə etdiyi jest sosial şəbəkə lərdə geniş müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, oyunda Mbappe əvəzlənərkən Deşam futbolçuya tərəf baş əyərək onu alqışlayıb. Həmin an kameraların obyektivinə düşüb və izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edək ki, Mbappe bugünkü matçda Fransa millisində dubla imza atmışdı.