Müharibə quşların yuvasına qədər çatdı — Fotolar

Ukraynada kı müharibə təbiət ə də gözlənilməz təsir göstərir. “Qafqazinfo” xəbər verir ki, cəbhə bölgələrində quşlar yuvalarını artıq kol-kosdan yox, döyüş meydanında qalan fiber-optik dron kabellərindən qurur. Xüsusilə Donetskdə hərbçilər və bioloqlar ağaclarda və kolluqlarda qurulmuş bir neçə quş yuvasında dronlara məxsus nazik optik kabellər aşkar ediblər. Kabellər quşların istifadə etdiyi əsas “tikinti materialı”ndan birinə çevrilib. Radio siqnalları ilə idarə olunan pilotsuz uçuş aparatlarından fərqli olaraq, fiber-optik dronlar idarəetmə siqnalını nazik kabel vasitəsilə alır. Döyüş zamanı bu kabellər əraziyə yayılır və quşlar onları yuva qurmaq üçün toplayırlar. Sintetik materiallardan hazırlanan kabellər quşlar və balaları üçün təhlükə yarada, dolaşma və xəsarət riskini artıra bilər. Mütəxəssislər bunu müharibənin təbiətdə buraxdığı ən qeyri-adi izlərdən biri kimi qiymətləndirirlər.