Bu gündən “BakıKart”ın qiyməti 3 manat oldu

Bu gündən “BakıKart”ın qiyməti artıb. “Qafqazinfo” xəbər verir ki, kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb. Qeyd edək ki, kartın balansı və gedişhaqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən “BakıKart” kartlarının satış qiymətinə aiddir.