AFFA rəsmisinə UEFA-dan təyinat
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Milli.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Elbasani" (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq. Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin