“XalqKart”da faiz hesablanan qalıq məbləği artırıldı
“Xalq Bank”ın təqdim etdiyi “ XalqKart Cashback ” və “ Petrol ” kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı. 1 iyuldan etibarən “XalqKart”da olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7 % olmaqla əlavə gəlir qazandıracaq. Yenilənmiş şərtlərlə müştərilər “XalqKartda vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək qüvvədədir. Qeyd edək ki, 31 dekabradək 3 illik “XalqKart Petrol” və “XalqKart Cashback” kartları pulsuz təqdim edilir. “XalqKart Petrol” kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. “XalqKart Cashback” kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda müxtəlif üstünlüklər mövcuddur: - AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir; - ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə; - aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma; - onlayn sifariş və pulsuz çatdırılma. Ətraflı şərtlər: https://www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol “XalqKartı” bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur. “Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Şərh verin