Millinin növbəti ev oyunu Bakıda olmayacaq
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti ev oyununu Gəncədə keçirəcək. Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Yığma komanda oktyabrın 4-də Litva millisini Gəncə şəhər stadionunda qəbul edəcək. Qeyd edək ki, qarşılaşma UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək. AFFA azarkeşləri millimizi Gəncə şəhər stadionunda dəstəkləməyə çağırıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin