Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
Daha 14 tibb və 2 sosial xidmət müəssisəsinin yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb. "Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 - "durmaq qadağandır", "5.14" - "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb", - deyə agentliyin Mətbuat xidmətindən bildirilib. Məhəmməd Xiyabani küçəsi, 39 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı); Məsud Davudoğlu küçəsi, 20 nömrəli uşaq poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı); Müzəffər Həsənov küçəsi, 1 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı); Abbas Səhhət küçəsi, Travmatologiya və Ortopediya İnstitutunun yanı (minib-düşmə yeri və taksi duracağı); Üzeyir Hacıbəyli küçəsi, Respublika Endokrinoloji Mərkəzin yanı (minib-düşmə yeri və taksi duracağı); Binəqədi şosesinin köməkçi yolu, Binəqədi Tibb Mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı); Zaur Nudirəliyev küçəsi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı); Süleyman Rəhimov küçəsi, Dəmiryol Vağzalının qarşısı (minib-düşmə yeri); Cavadxan küçəsi, 20 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri); Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının yanı (minib-düşmə yeri); Ceyhun Səlimov küçəsi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının yanı (minib-düşmə yeri); Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, "İstanbul NS" Klinikasının yanı (minib-düşmə yeri); Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsi, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının yanı (minib-düşmə yeri); Fətəli xan Xoyski küçəsi, 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yanı (avtobus zolağında minib-düşmə yeri); Tbilisi prospekti, Respublika Diaqnostika Mərkəzinin yanı (avtobus zolağında minib-düşmə yeri); Qafur Murad küçəsi (minib-düşmə yeri) və Ziya Bünyadov prospekti (avtobus zolağında minib-düşmə yeri) Daxili İşlər Nazirliyinin Hospitalının yanı. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin