"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" - (Video)
Aktrisa Pərvin Abıyeva iştirak etdiyi "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib. Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, qadınların əksəriyyəti bəzənərkən əsas məqsədləri kişilərin diqqətini cəlb etmək deyil. Onun sözlərinə görə, qadınlar daha çox öz həmcinslərinin gözündə baxımlı və gözəl görünməyə çalışırlar. Pərvin Abıyevanın bu fikirləri studiyada maraqlı müzakirələrə səbəb olub. Verilişin qonaqlarından olan xanəndə Ayşən Mehdiyeva də aktrisanın səsləndirdiyi fikirlə razılaşdığını bildirib. Aktrisanın açıqlamaları sosial şəbəkələrdə də geniş yayılıb. İzləyicilər bu mövzu ilə bağlı fərqli mövqelər sərgiləyərək çoxsaylı şərhlər paylaşıblar. Bəziləri Pərvin Abıyevanın fikirlərini dəstəkləyib, digərləri isə fərqli düşüncələr bildiriblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin