“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Macarıstanın "Ferensvaroş" klubu ilə yoxlama oyununa çıxacaq. Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi oyuna aşağıda qeyd edilən heyətlə çıxacaq. Start heyəti: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov, Dani Bolt, Bruno Lanqa, Pedro Bikalyo, Marko Yankoviç, Jobi Montiel, Kamilo Duran, Abdullah Zubir, Zakariya Savo Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Kadi Borjes, Oleksey Kaşuk, Jeremi Qnali, Samuel Lobato, Jali Muaddib Qeyd edək ki, "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)